
Bakı. Trend:
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “28 May”
stansiyası ilə əlaqələndirən 79 nömrəli marşrut xəttində
avtobusların bir qismi ötən ilin oktyabrında yenilənib.
Bu barədə Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər
verir.
Qeyd olunub ki, iyunun 1-dən marşrut xəttinə ekoloji cəhətdən
təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar əlavə
edilməklə ümumilikdə 16 nəqliyyat vasitəsi 7 dəqiqə hərəkət
intervalı ilə sərnişinlərin xidmətində olacaq.
Avtobuslarda ödəniş nağdsız qaydadadır və gedişhaqqı 0,60 AZN
müəyyən edilib.

