AYNA: 79 nömrəli marşrutun bütün avtobusları yenilənir

Baş səhifə

79 nömrəli marşrutun bütün avtobusları yenilənir.

Bu barədə APA-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “28 May” stansiyası ilə əlaqələndirən 79 nömrəli marşrut xəttində avtobusların bir qismi ötən ilin oktyabrında yenilənmişdir.

İyunun 1-dən marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar əlavə edilməklə ümumilikdə 16 nəqliyyat vasitəsi 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Qeyd edək ki, son günlər mediada 79 nömrəli avtobusun hərəkət intervalında gecikmələr olduğu, axşam saatlarında isə bu sərnişin avtobusunu tapmağın müşkülə çevrildiyi barədə məlumatlar yayılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir