Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin
birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə
Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq
haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu
keçiriləcək.

Bu barədə Trend-ə Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Tədbir çərçivəsində regional bağlantılar, ticarət, sənaye,
investisiyalar, enerji təhlükəsizliyi, tranzit, süni intellekt və
rəqəmsal infrastruktur məsələlərinə dair əməkdaşlıq perspektivləri
müzakirə olunacaq.

Hər iki ölkənin biznes dairələrinin iştirakı ilə xüsusi
sessiyaların təşkili, əməkdaşlığa dair bir sıra sənədlərin
imzalanması nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir