Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Baş səhifə

Mingəçevir. Trend:

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.

Trend-in yerli müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin
Aydın Məmmədov küçəsində qeydə alınıb.Belə ki, hərəkətdə olan
“Toyota” markalı, 99-UL-717 dövlət qeydiyyat nişanlı avtomobil yolu
keçmək istəyən 2011-ci il təvəllüdlü Hacızadə Qəmər Bəxtiyar qızını
vurub.




Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan
Q.Hacızadə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir