Kvaratsxelya ən yaxşı seçildi 

Baş səhifə

Fransanın “Pari Sen-Jermen” klubunun və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib.

Modern.az-ın məlumatına görə, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

PSJ 2025/26 mövsümünün Çempionlar Liqasının qalibi olub. Həlledici oyunda Paris klubu oyundan sonrakı penaltilər seriyasında Londonun “Arsenal” komandasını 4:3 hesabı ilə üstələyib (əsas və əlavə vaxtda komandalar heç-heçə edib – 1:1).

Turnir çərçivəsində keçirdiyi 16 oyun ərzində Kvaratsxeliya rəqib qapılarına 10 qol vurub və 7 məhsuldar ötürmə edib. 25 yaşlı gürcü futbolçu 2025-ci ildən PSJ-nin şərəfini qoruyur. O, Paris klubunun heyətində iki dəfə Çempionlar Liqasının və Fransa çempionatının, həmçinin bir dəfə Fransa Kubokunun, Fransa Superkubokunun və Qitələrarası Kubokun qalibi olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir