Xviça Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçilib

Baş səhifə

Bakı. Trend:

Fransanın “Pari Sen-Jermen” futbol klubunun gürcü
yarımmüdafiəçisi Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında
mövsümün oyunçusu seçilib.

Trend-in
məlumatına görə, bu barədə turnirin mətbuat xidməti bildirib.




Qeyd edək ki, PSJ 2025/26 mövsümündə Çempionlar Liqasının qalibi
olub. Finalda parislilər İngiltərənin “Arsenal” klubunu
penaltilərdə 4-3 hesabı ilə məğlub ediblər (əsas və əlavə vaxtdan
sonra hesab 1-1 olub).

Kvaratsxeliya turnirdə 16 oyunda 10 qol vurub və 7 məhsuldar
ötürmə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir