Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: “SİMA İmza”

Baş səhifə

Bakı. Trend:

Bu gündən – 1 iyun 2026-cı il tarixindən etibarən Dövlət Gömrük
Komitəsinin “Smart Customs” platformasında elektron ticarət
bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə
minir.

Yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və
parol) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi”
xidmətindən istifadə mümkün olmayacaq. Artıq vətəndaşlar 3 müxtəlif
elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana
biləcəklər. Bu məqsədlə istifadəçilər üçün təqdim olunan həllər
arasında ən sürətli və rahat seçim SİMA rəqəmsal imzadır.




“SİMA İmza” vasitəsilə istifadəçilər əlavə fiziki daşıyıcıya
ehtiyac olmadan, bir neçə dəqiqə ərzində mobil cihaz üzərindən
elektron imza əldə edə və gömrük xidmətlərinə təhlükəsiz şəkildə
çıxış edə bilərlər. Üztanıma texnologiyası ilə çalışan “SİMA İmza”
istifadəçilərə məsafədən, operativ və təhlükəsiz identifikasiya
imkanı yaradır.

Yeni qaydaların tətbiqini nəzərə alaraq, elektron ticarət
bəyannamələrini rahat və fasiləsiz şəkildə təqdim etmək istəyən
vətəndaşlara SİMA rəqəmsqal imzasını əvvəlcədən əldə etmələri
tövsiyə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir