
Bakı. Trend:
Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq.
Trend xəbər verir ki,
bu barədə Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi
açılış mərasimində çıxışı zamanı bildirib.
Düzgün enerji siyasətinin bizə indi Azərbaycandan kənara
investisiya qoymağa imkan verdi.yini söyləyən dövlətimizin başçısı
vurğulayıb: “30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi.
İndi investisiyalarımızı xaricə yönəldirik. Bu gün dövlət neft
şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiya
qoyur və coğrafiya isə böyüyəcək”.

