Rusiyadan gələn tanker saxlanılıb – Makron

Baş səhifə

Bakı.Trend:

Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında Rusiyadan
hərəkət edən “Tagor” tankerini saxlayıb.

Trend xəbər verir
ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkə
hesabında bildirib.

Onun sözlərinə görə, hadisə mayın 31-i səhər saatlarında baş
verib.




“Bu əməliyyat (tankerin saxlanılması – red.) Atlantik okeanında,
açıq dənizdə bir sıra tərəfdaşların, o cümlədən Böyük Britaniyanın
dəstəyi ilə və dəniz hüququna tam uyğun şəkildə həyata keçirilib”,
– deyə Makron yazıb.

O bildirib ki, gəmilərin beynəlxalq sanksiyalardan yan keçməsi,
dəniz hüququnu pozması və Ukraynadakı münaqişənin
maliyyələşdirilməsinə töhfə verməsi yolverilməzdir.

Makron əlavə edib ki, dəniz naviqasiyasının ən elementar
qaydalarına belə məhəl qoymayan bu gəmilər həm də ətraf mühitə və
insanların təhlükəsizliyinə təhdid yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir