
Bakı.Trend:
May ayı ərzində azad olunan ərazilərdə 111 tank əleyhinə mina,
173 piyada əleyhinə mina, 1537 partlamamış hərbi sursat (PHS)
aşkarlanıb və zərərsizləşdirilib.
Trend
xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi
(ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar
minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında qeyd
edilib.
Bildirilir ki, ötən ay həmçinin 7520.2 hektar ərazi minalardan
təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd
Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,
Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı
və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad
edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı
kəndlərində həyata keçirib.

