
Bakı.Trend:
Ermənistan balanslaşdırılmış siyasətə nail olmaq üçün Türkiyə və
Azərbaycanla münasibətlərin normallaşdırılması üzərində
çalışacaq.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri
Nikol Paşinyan bəyan edib.
Ermənistanlı hökümət başçısı sosial şəbəkə hesabındakı canlı
yayım zamanı xarici siyasət mövzusunda çıxış edib.
“Bu gün biz Türkiyə və Azərbaycanla münasibətlərin
normallaşdırılması məqsədilə ciddi şəkildə iş aparırıq. Mən əminəm
ki, bu məqsədə çatacağıq. Bu, o deməkdir ki, balanslaşdırılmış
xarici siyasət o səviyyəyə çatacaq ki, Ermənistan üçün yeni
imkanların yaradılması fərqli səviyyəli bir dövlətin yaranması
anlamına gələcək”, – deyə Paşinyan bildirib.

