DİM “Peşə seçimi” testlərinə qeydiyyat elan edib

Baş səhifə

Bakı. Trend:

İyunun 8-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar
korpusunda 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi” testi
keçiriləcək.

Bu barədə Trend-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, Testdə iştirak etmək üçün qeydiyyat 7 iyun saat 12:00-dək davam edəcək.




Qeyd edək ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və
bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır.
Bu testlərdən keçmək gələcək ixtisası müəyyən etməyə kömək edir.
Testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman
Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq
edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və
iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik
göndərilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir