
Bakı.Trend:
İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael
Katz İsrail Müdafiə Qüvvələrinə Beyrutun (Livan) cənubunda –
şəhərkənarında “Hizbullah”a aid hədəflərə zərbələr endirməyi əmr
edib.
Trend bu barədə
İsrail mediasına istinadən xəbər verir.
“Livanda “Hizbullah” terror təşkilatının atəşkəs razılaşmasının
şərtlərini təkrar-təkrar pozmasını və bizim şəhərlərə və
vətəndaşlara qarşı hücumları nəzərə alaraq, Baş nazir Benyamin
Netanyahu və müdafiə naziri İsrael Katz IDF-ə Beyrutun Dahiyə
rayonunda yerləşən terror hədəflərinin vurulmasına dair göstəriş
verib”,-deyə birgə bəyanatda qeyd edilir.
Buna qədər – atəşkəs dövründə İsrail Tramp administrasiyasının
xahişi əsasında Beyruta zərbələr endirmidi.

