
Bakı. Trend:
Paytaxtdakı ümumi təhsil məktəblərində fəaliyyət göstərən
məktəbəhazırlıq qruplarında məşğələlər başa çatıb.
Trend xəbər
verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat
yayıb.
Məlumata görə, 2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin tabeliyindəki 295 ümumi təhsil müəssisəsi üzrə
928 məktəbəhazırlıq qrupunda 21 521 uşaq məşğələyə cəlb olunub.
Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı
uşaqların psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə
fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək və onları təhsil
mühitinə uyğunlaşdırmaqdan ibarətdir.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad
təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”,
“Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”,
“Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilib.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan
məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü
əhatə edir.

