İndiyə qədər neçə kişiyə ödənişli atalıq məzuniyyəti verilib?

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin cari dövrü ərzində 300-dən çox kişiyə ödənişli
atalıq məzuniyyəti verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Əmək
Müfəttişliyindən bildirilib.

Məlumata görə, artıq 164 işəgötürən tərəfindən ümumilikdə 346
işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində
ödənişli atalıq məzuniyyəti verilib.




İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr
işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində elektron qaydada
rəsmiləşdirilir.

Qeyd edək ki, atalıq məzuniyyətinin ödənişli olması 16 yanvar
2026-cı il tarixində Əmək Məcəlləsinə edilən dəyişiklikdə öz əksini
tapıb. Uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin
arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi
14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir