AÇG-nin sərbəst təbii qaz dövrü başlandı

Baş səhifə

Bakı. Trend:

bp şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi
layihəsinin operatoru olaraq AÇG tərəfdaşları – “SOCAR”, “MOL”,
“INPEX”, “ExxonMobil”, “TPAO” və “ONGC Videsh” – adından bu gün
elan edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG
yatağında sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatları
başlanıb.

Bununla da dünyanın ən böyük neft yataqlarından biri olan AÇG
ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayır.

Mövcud Qərbi Çıraq platformasından qazılmış ilk STQ quyusu
AÇG-nin irihəcmli sərbəst təbii qaz ehtiyatları potensialının
açılması istiqamətində atılan ilk mühüm addımdır. İlkin hasilatla
yanaşı, bu quyu lay-kollektor və axın haqqında vacib məlumatlar
əldə edilməsini təmin etməklə gələcək tammiqyaslı işlənmə planları
üçün qaz ehtiyatlarının qiymətləndirilməsinə kömək edir.

AÇG yatağının STQ ehtiyatlarının iri həcmdə – təxminən 4 trilyon
kubfut çıxarıla bilən ehtiyatlar və bunun da 6 trilyon kubfutadək
artmaq imkanı olduğu düşünülür.




Bu gün Azərbaycan və AÇG tərəfdaşları üçün çox böyük bir gündür.
AÇG-nin uzun və uğurlu bir tarixi var. Artıq 30 ilə yaxın neft
hasil edən bu yataq indi də yeni səhifə açmaqla ölkə və öz
investorları üçün dəyər gətirmək potensialını hələ də saxlayır.
“Neftlə yanaşı, qaz hasilatı dövrünü başlamaqla AÇG indi
inteqrasiya olunmuş həm neft, həm də qaz yatağı kimi xüsusi bir
mövqeyə malik bir yataq olaraq regional sənayedə aparıcı rol
oynayacaq, Azərbaycanın Avropaya enerji təchizatını artırmaq
planlarına töhfə verəcək və ölkənin enerji keçidi istiqamətində
səylərini dəstəkləyəcək.bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə
üzrə regional prezidenti Cio Kristofoli

AÇG yatağında ilk STQ hasilatı əməliyyatları ötən il qazılmış və
hazırda hasilatda olan neft laylarının altında yerləşən iki
prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin
Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda
başlanıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının
mövcudluğunu təsdiqləmiş, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək
təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar etmişdir.

İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində
başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və
lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.

Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi
sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan
istifadə etməklə Səngəçal terminalına göndəriləcək ki, bu da mövcud
dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir