NATO-nun hər hansı müdaxiləsi Hörmüz boğazında vəziyyəti mürəkkəbləşdirəcək – Bəqai

Baş səhifə

Bakı. Trend:

NATO-nun Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazında hər
hansı müdaxiləsi vəziyyətin daha da mürəkkəbləşməsi ilə
nəticələnəcək.

Trend-in
məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat
katibi İsmayıl Bəqai bu gün (1 iyun) Tehranda keçirilən mətbuat
konfransında deyib.

Onun sözlərinə görə, məsuliyyətini dərk edən və məntiqli olan
heç bir oyunçu belə bir riskə getməyəcək.




“NATO və bu alyansa üzv ölkələr öz məsuliyyətləri çərçivəsində
ABŞ və İsraili xəbərdar etməlidirlər. Çünki onlar bu vəziyyətin
əsas səbəbkarlarıdır. ABŞ və İsrailin İrana hücumundan öncəyə qədər
Hörmüz boğazından keçid normal şəkildə həyata keçirilirdi”, – deyə
o qeyd edib.

Bəqai qeyd edib ki, hazırda İran beynəlxalq hüquqa əsasən
sahilyanı ölkə olaraq Hörmüz boğazının təhlükəsizliyini və öz milli
mənafeyini təmin etmək üçün lazımi tədbirlər görməkdə haqlıdır.

Bəqai əlavə edib ki, İran digər sahilyanı ölkənin iştirakı ilə
Hörmüz boğazından keçid üçün mexanizm hazırlayacaq ki, həm
gəmilərin təhlükəsiz keçidinə şərait yaransın, həm də başqa
tərəflərin Hörmüz boğazının İrana zərbə vurmaq üçün sui-istifadə
edə biləcək məkana çevrilməyəcəyinə əminlik yaransın.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir