
Bakı. Trend:
Nizami Tibb Mərkəzinin ümumi cərrahı Asiman Əhmədova vəfat
edib.
Trend xəbər
verir ki, bu barədə Nizami Tibb Mərkəzi məlumat yayıb.
Məlumata görə, Asiman Əhmədova 1982-ci ildə anadan olub.
2000-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi
fakültəsində, 2004-2006-cı illərdə İ.M. Seçenov adına Moskva Tibb
Akademiyasında Cərrahiyyə ixtisası üzrə təhsil alıb.
2008-ci ildən müxtəlif tibb müəssisələrində ixtisası üzrə
işləyən Asiman Əhmədova 2024-cü ildən Nizami Tibb Mərkəzində ümumi
cərrah olaraq fəaliyyət göstərib.

