Gitanas Nauseda Prezident İlham Əliyevi təbrik edib

Baş səhifə

Bakı. Trend:

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər
verir ki, məktubda qeyd olunub:

“Hörmətli cənab Prezident.

İcazə verin, Sizi və bütün xalqınızı Azərbaycan Respublikasının
Müstəqillik Günü münasibətilə təbrik edim. Sizə və ölkənizə davamlı
rifah, sülh və təhlükəsizlik arzulayıram.

Litva ilə Azərbaycanı uzunmüddətli dostluq münasibətləri
birləşdirir. Qarşılıqlı faydalı sahələrdə ikitərəfli dialoqumuzu
ardıcıl şəkildə gücləndirməyə sadiqik. Əminəm ki, siyasi, iqtisadi
və mədəni əlaqələrimizin daha da inkişaf etdirilməsi ölkələrimiz
arasında əməkdaşlığı möhkəmləndirəcək və xalqlarımıza fayda
verəcək.

Qəti şəkildə inanıram ki, ortaq tarixi təcrübələrlə, suverenliyə
və azadlığa birgə hörmətlə çoxtərəfli səviyyədə uğurlu
əməkdaşlığımızı davam etdirəcəyik. Şübhəsiz ki, Azərbaycanla Avropa
İttifaqı arasında qarşılıqlı etimada və konstruktiv tərəfdaşlığa
əsaslanan dialoq daha da güclənəcək və xalqlarımızın rifahına töhfə
verəcək.

Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərdə müsbət
dinamika dialoqa və sülhə möhkəm sadiqliyinizi nümayiş etdirir. Bu
prosesin davam etdirilməsi Cənubi Qafqaz regionunun təhlükəsizliyi
və rifahı ilə yanaşı, regionun hüdudlarından kənarda sülhə də mühüm
töhfə verir.

Cənab Prezident, milli bayramınız münasibətilə Sizi və xalqınızı
bir daha təbrik edirəm. Ən xoş arzularımı və ən yüksək ehtiramımı
qəbul etməyinizi xahiş edirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir