
Bakı. Trend:
Esvatini Krallığının Baş naziri Rassel Mmiso Dlamini Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda qeyd olunub:
“Zati-aliləri.
Əlahəzrət Kral III Msvati, Kraliça Ana, Esvatini Krallığının
Hökuməti və xalqı adından Azərbaycan Respublikanın Müstəqillik
Gününün 108-ci ildönümü münasibətilə Sizə səmimi təbriklərimizi və
ən xoş arzularımızı çatdırıram.
Esvatini Krallığı Azərbaycanın inkişaf yolunda əldə etdiyi
irəliləyişi, beynəlxalq miqyasda mövqeyini, xalqın iradəsini,
mətanətini təqdir edir.
Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycan getdikcə daha da
artan, qlobal əhəmiyyətə malik mövqeyə yüksəlmişdir və xalqınızın
öz ölkəsinin nailiyyətləri ilə fəxr etmək üçün hər bir əsası
vardır. Esvatini Krallığı ölkələrimiz arasında mövcud olan çox
səmimi dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir
və xalqlarımızın rifahı naminə qarşıdakı illərdə bu münasibətləri
daha da möhkəmləndirmək niyyətindədir.
Bu əlamətdar bayram münasibətilə Zati-alinizə möhkəm cansağlığı
və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və rifah
diləyirəm”.

