
Bakı. Trend:
2026-cı ilin may ayı ərzində Analitik Ekspertiza Mərkəzi
tərəfindən ümumilikdə 32 yoxlama aparılıb. Onlardan, 14 planlı və
18 plandankənar yoxlama olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi
Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, planlı yoxlama zamanı 13 inzibati xəta haqqında
protokol tərtib edilib. Plandankənar yoxlama zamanı 20 inzibati
xəta haqqında protokol tərtib edilib.
“Plastik cərrahiyyə fəaliyyəti ilə bağlı hər hansı inzibati xəta
haqqında protokol tərtib edilməyib”, – məlumatda qeyd olunub.

