Paşinyandan Azərbaycan MESAJI

Baş səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasının ölkəsi üçün yeni imkanlar açacağını bəyan edib.

Modern.az xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabından paylaşdığı videomüraciətdə hökumətin xarici siyasət kursunu qiymətləndirib. O bu iki qonşu dövlətlə əlaqələrin olmamasını Ermənistanın xarici siyasətində ciddi “balanssızlıq” mühiti formalaşdırdığını açıqlayıb. 

Baş nazir müraciətində bu fikirləri qeyd edib:

“Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması hədəfinə çatacağımıza əminəm. Bu, balanslı və tarazlaşdırıcı xarici siyasətin tam formalaşması, eləcə də Ermənistanın keyfiyyətcə yeni bir dövlətə çevrilməsi üçün yeni imkanların yaranması deməkdir”.

Paşinyan, Ermənistanın həm Türkiyə, həm Azərbaycan, həm də digər bütün dövlətlərlə normal əlaqələr qurmasının vacibliyini ifadə edib.

Töhfə Səməd

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir