Alparslan Bayraktar: Qlobal enerji bazarlarında çağırışların öhdəsindən gəlmək üçün iki amilə ehtiyac var

Baş səhifə

Qlobal enerji bazarlarında mövcud çağırışların öhdəsindən gəlmək üçün iki əsas amilə ehtiyac var.

APA-Economics” xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edən Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, birincisi, güclü diversifikasiya, ikincisi isə qarşılıqlı əlaqələrin və inteqrasiyanın daha da genişləndirilməsi.

“Bu iki amil bir-biri ilə sıx bağlıdır: daha çox diversifikasiya və daha çox bağlantı, daha güclü qarşılıqlı inteqrasiya. Praktiki təkliflərə gəldikdə isə, ilk növbədə mövcud infrastrukturun tam şəkildə istifadəsinə diqqət yetirməliyik”, – nazir qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir