
Bakı. Trend:
Tarif Şurası daha 184 dərman vasitəsinin qiymətinin yuxarı
həddini təsdiqləyib.
Trend xəbər
verir ki, qərar Şuranın növbəti iclasında qəbul olunub.
Məlumata görə, dərman vasitələrinin qiymətləri Nazirlər
Kabinetinin 3 iyun 2015-ci il tarixli 209 nömrəli Qərarı ilə təsdiq
edilmiş qaydalara və Tarif (qiymət) Şurasının 21 iyul 2015-ci il
tarixli qərarı ilə təsdiqlənmiş təlimata uyğun olaraq
tənzimlənib.
Qiymətlərin müəyyənləşdirilməsi zamanı dərman vasitələrinin
ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı,
dozası, ticarət qablaşdırması, miqdarı və istehsal ölkəsi nəzərə
alınıb.
Qiymətlərinin yuxarı həddi təsdiq edilən 184 dərman vasitəsinin
tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsinin
“Dərman vasitələri” bölməsində yerləşdirilib.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının qəbul etdiyi qərarlarla
qurumun rəsmi internet saytının “Şuranın qərarları” bölməsində
tanış olmaq mümkündür.

