SOCAR klassik neft-qaz şirkətindən qısa müddətdə enerji şirkətinə transformasiyanı hədəfləyir

Baş səhifə

Bakı. Trend:

SOCAR regional enerji bazarında mühüm mövqeyə malik olmaqla
yanaşı, qısa müddətdə transformasiya prosesini həyata keçirmək üçün
geniş imkanlara sahibdir.

Trend xəbər
verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Hikmət
Abdullayev bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və
Qaz Sərgisi çərçivəsində təşkil olunan panel müzakirələrində
deyib.

Onun sözlərinə görə, SOCAR regionun ən böyük enerji
təchizatçılarından biri kimi həm sənaye, həm də ətraf mühit
göstəricilərinə təsir imkanlarına malikdir və bu üstünlük şirkətə
mühüm məsuliyyət və imkanlar yaradır:




“SOCAR-da əməliyyat və ekoloji sahələr üzrə geniş təcrübə və
imkanlar formalaşdırılıb, bütün plan və layihələr
sistemləşdirilərək rəsmi şəkildə strukturlaşdırılıb. Hazırda şirkət
mövcud alətlərdən istifadə etməklə növbəti mərhələyə keçid üçün tam
hazır vəziyyətdədir. Məqsəd klassik neft-qaz şirkətinin qısa
müddətdə enerji şirkətinə çevrilməsi və bu transformasiyanın real
nəticələrlə nümayiş etdirilməsidir”.

SOCAR rəsmisinin sözlərinə görə, bu proses yalnız şirkət
səviyyəsində deyil, həm də ölkə səviyyəsində həyata keçirilən
enerji və ekoloji hədəflərlə uzlaşır. O əlavə edib ki, mövcud bilik
və təcrübənin praktik tədbirlərə çevrilməsi ilə transformasiya
prosesinin sürətləndirilməsi planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir