Maltada fişəng zavodunda partlayış baş verib

Baş səhifə

Bakı.Trend:

Maltada fişəng və digər pirotexnik vasitələr istehsal edən
“Lourders Fireworks Factory” zavodunda partlayış baş verib.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, insident yerli vaxtla 06:35 radələrində (Bakı
vaxtı ilə 08:35-də) baş verib. Hadisədən sonra müəssisənin
üzərindən qatı qara tüstü qalxmağa başlayıb. Partlayış yaxınlıqdakı
yaşayış evlərinə, avtomobillərə və digər obyektlərə ziyan
vurub.




Yerli mülki müdafiə qurumunun nümayəndəsi mətbuata bildirib ki,
ilkin məlumata görə, partlayış anında zavodun ərazisində heç kim
olmayıb. Bununla belə dağıntılar altında hər ehtimala qarşı
axtarışla davam etdirilir.

Qeyd olunur ki, hadisə vaxtı müəssisənin yaxınlığından keçən bir
kuryer üzərinə uçan dağıntıların düşməsi nəticəsində yüngül
yaralanıb.

Polis və mülki müdafiə qurumunun əməkdaşları qəzanın səbəbləri
ilə bağlı araşdırma aparır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir