İntensiv yağıntı olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 2-si
səhər 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı
gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.




Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ
çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir