CENTCOM: Küveytdəki qüvvələrimizi hədəfə alan ballistik raketlər zərərsizləşdirilib

Baş səhifə

Dünən gecə ABŞ-ın Küveytdəki hərbi bazasına doğru İran tərəfindən atılmış iki ballistik raket zərərsizləşdirilib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, atılan raketlər havada vurulub və nəticədə heç bir ABŞ hərbçisi xəsarət almayıb.

“Mərkəzi Komandanlıq ayıq-sayıq olmağa davam edir və qüvvədə olan atəşkəsi dəstəkləyərək hərbçilərimizi İran təcavüzündən qorumağa davam edəcək”,-bəyanatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ İranın bəzi bölgələrində yerləşən kommunikasiya mərkəzlərinə zərbələr endirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir