Şagirdləri süni intellekt qiymətləndirəcək? – Açıqlama

Baş səhifə

Bakı. Trend:

Məqsəd ənənəvi tədris üsullarını müasir texnologiyalar və süni
intellekt imkanları ilə zənginləşdirərək tədris prosesini daha
səmərəli və fərdiləşdirilmiş formada təşkil etməkdir.

Bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin
rəhbəri Vüsal Xanlarov Trend-ə açıqlamasında bildirib.

“OpenAI” ilə birgə hazırlanan adaptiv öyrənmə platforması
çərçivəsində hazırlanacaq bu həll rəqəmsal məktəb platforması
çərçivəsində təqdim ediləcək. Hazırda platforma həm müəllimlər, həm
də şagirdlər üçün dəstək aləti kimi fəaliyyət göstərir və təhsilin
rəqəmsal transformasiyasına xidmət edir.




Məqsəd ənənəvi tədris üsullarını müasir texnologiyalar və süni
intellekt imkanları ilə zənginləşdirərək tədris prosesini daha
səmərəli və fərdiləşdirilmiş formada təşkil etməkdir. Bu baxımdan
hazırlanacaq həll gündəlik tədris fəaliyyətində həm şagirdlərə, həm
də müəllimlərə dəstək göstərəcək, öyrənmə və tədris prosesinin
keyfiyyətini artıracaq.

Həll çərçivəsində müxtəlif qiymətləndirmə mexanizmlərinin
tətbiqi də nəzərdə tutulur. Lakin bu, qiymətlərin süni intellekt
tərəfindən verilməsi anlamına gəlmir. Süni intellekt yalnız tədris
prosesi ərzində toplanan məlumatları təhlil edərək müəllimə dəstək
göstərəcək. Nəticədə müəllim həm daha əsaslandırılmış
qiymətləndirmə apara, həm də növbəti dərslərin planlaşdırılması və
fərdiləşdirilməsi üçün əlavə imkanlar əldə edəcək”, – o, qeyd
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir