Bərpa olunan enerji sahəsində daha çox iş görməliyik – Niderland XİN (ÖZƏL)

Baş səhifə

Bakı.Trend:

Niderlandda Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün,
ələlxüsus da, dənizdə külək enerjisi və hidrogen enerjisi
sahələrində əhəmiyyətli potensialın mövcud olduğunu qeyd
edirlər.

Bu barədə Niderland Xarici İşlər Nazirliyinin əlaqəlilik
məsələləri üzrə xüsusi nümayəndəsi Bernhard Kelkes Bakı Enerji
Həftəsi çərçivəsində Trend-ə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında mövcud əməkdaşlıq
səviyyəsinin daha da genişləndirilməsi üçün imkanlar var, xüsusilə
bərpa olunan enerji sektorunda.

“Düşünürəm ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün
geniş imkanlar mövcuddur. Neft-qaz sektorunda artıq müəyyən
əlaqələr mövcuddur, lakin bərpa olunan enerji sahəsində, xüsusən də
dənizdə külək enerjisi və hidrogen istiqamətlərində daha çox iş
görməliyik. Məhz buna görə bu gün buradayam”, – deyə o
vurğulayıb.




Niderland XİN nümayəndəsi qeyd edib ki, əməkdaşlığın ən
perspektivli istiqamətləri qısamüddətli perspektivdə dənizdə külək
enerjisi, uzunmüddətli perspektivdə isə hidrogen
energetikasıdır.

“Dənizdə külək enerjisi yaxın gələcəyin istiqamətidir, çünki
burada artıq əhəmiyyətli imkanlar mövcuddur. Hidrogen isə daha
uzunmüddətli perspektivdir”, – deyə o bildirib.

O əlavə edib ki, Niderland Xəzər regionunun yüksək potensialını
nəzərə alaraq, dənizdə külək elektrik stansiyalarının tikintisi və
istismarı sahəsində öz təcrübəsini bölüşməyə, həmçinin hidrogen
texnologiyaları üzrə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Bundan əlavə, Niderland XİN nümayəndəsi qeyd edib ki, tədbir
çərçivəsində Azərbaycan hökumətinin nümayəndələri, o cümlədən
nəqliyyat və xarici işlər nazirliklərinin müavinləri, eləcə də
energetika naziri ilə bir sıra görüşlər planlaşdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir