Rusiyadan Ermənistana daha bir qadağa

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Fedaral Xidməti
(Rosselxoznadzor) Ermənistan müəssisələrində istehsal olunan balıq
məhsulları üzərində aparılmış təftişlərin nəticələrinin qənaətbəxş
olmadığını bildirib. Nəticə etibarı ilə, qurum Ermənistandan iyunun
2-dən etibarən Rusiyaya ixracı nəzərdə tutulmuş diri balıq və balıq
məhsullarının sertifikatlaşdırılmasının dayandırılmasını tələb
edib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.




Balıq emalı müəssisələrində yoxlamalar 21–27 may tarixlərində, o
cümlədən forelin saxlanılması və yetişdirilməsi üzrə vətəqələrdə
aparılıb. Rosselxoznadzorun məlumatına görə, müəssisələrin 50 faizi
yoxlamadan imtina edib.

Yalnız iki müəssisə təftiş prosesindən keçib. Onların məhsulları
Rusiya ərazisinə təhlükəsizlik göstəriciləri üzrə laborator
monitorinq şərti ilə idxal ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir