Rusiyadan ən çox araq alan ikinci ölkə Azərbaycandır

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin yanvar-aprel aylarında Rusiya arağının əsas alıcısı
Qazaxıstan olub.

Trend xəbər verir
ki, bu barədə Rusiyanın “Aqroeksport” federal mərkəzinin rəsmi
“Telegram”kanalında deyilir.

Cari ilin ilk dörd ayı ərzində Qazaxıstan ümumilikdə 3,6 milyon
ABŞ dolları dəyərində Rusiya arağı alıb. Bu göstəriciyə görə
Qazaxıstan yaxın rəqiblərindən böyük fərqlə reytinq cədvəlinə
liderlik edir.




Rusiyadan ən çox araq idxal edən ikinci ölkə isə Azərbaycan
olub. Hesabat dövrü ərzində Rusiyadan Azərbaycana ixrac olunan
arağın həcmi 42 faiz (900 tondan çox) artıb. İxrac dəyəri isə 55
faiz artaraq 2,2 milyon ABŞ dollarını ötüb.

İlk üçlüyü 1,7 milyon dollarlıq araq idxalı ilə Gürcüstan
tamamlayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir