
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində mənzildə yanğın baş
verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə
bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə
İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli
yaşayış binasının beşinci mərtəbəsində yerləşən ümumi sahəsi 45 m²
olan mənzilin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o
cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə
söndürülüb.
Yanğın nəticəsində 1 m² sahədə ayaqqabı rəfi və bir ədəd
elektrik yuvası yanıb.
Xəsarət alan olmayıb.
Mənzil yanğından mühafizə olunub.

