
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Balakən rayonu, Mahamalar kəndində fərdi yaşayış evində yanğın baş
verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə
bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin
qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi
448kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş
vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb.
Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları
78kv.m. sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.

