Azərbaycan millisi qalib gəldi – 1/4 finala çıxdı

Baş səhifə

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında ötən gecə növbəti oyununa çıxıb.

Modern.az xəbər verir ki, komandamız 1/8 finalda Qazaxıstanla üz-üzə gəlib.

Matç Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə bitib. 

Azərbaycan yığması 1/4 finalda Çexiya ilə qarşılaşacaq. Çexlər 1/8 finalda Monteneqronu 2:0 hesabı ilə məğlub ediblər.

Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gəlmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir