Azərbaycanda yetkin yataqlarda hələ də böyük potensial mövcuddur – “GL Group”

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda yetkin yataqlarda hələ də böyük potensial
mövcuddur.

Trend xəbər
verir ki, bunu “GL Group”un Baş icraçı direktoru və Məşvərət
Şurasının sədri Asif Zeynalov Bakı Enerji Həftəsinin ikinci günündə
keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanın Orta Dəhliz üzərində yerləşən
strateji mövqeyi ölkəyə logistika və təchizat zənciri sahəsində
mühüm üstünlüklər qazandırır.




“Azərbaycan özünü sabit və etibarlı tərəfdaş kimi təsdiqləyib.
Bu da investorların və operatorların regiona marağını artırır.
Ölkədə formalaşdırılmış enerji və nəqliyyat infrastrukturu yeni
layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar yaradır.
Buraya ilk dəfə gələn şirkətlər böyük həcmdə ilkin kapital
yatırmadan mövcud infrastrukturdan faydalana bilirlər. Bu sistemlər
işlək, təhlükəsiz və etibarlıdır”, – deyə o bildirib.

A.Zeynalov qeyd edib ki, Azərbaycandakı yetkin yataqlarda hələ
də əhəmiyyətli potensial mövcuddur və müasir texnologiyaların
tətbiqi, əməliyyat intizamının gücləndirilməsi, səmərəli kapital
bölgüsü və təşkilati imkanların inkişafı hesabına əlavə dəyər
yaratmaq mümkündür.

“Biz Azərbaycanın perspektivlərinə böyük nikbinliklə baxırıq.
Peşəkar idarəetmə və əməkdaşlıq vasitəsilə növbəti mərhələdə daha
böyük dəyər yarada bilərik. Hesab edirəm ki, regionda əməkdaşlığın
genişləndirilməsi üçün ciddi imkanlar mövcuddur”, – deyə o əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir