
Bakı. Trend:
Azərbaycanın ən sevilən qazlı sərinləşdirici içki markalarından
biri olan Bizon yay mövsümünə yeni lotereya kampaniyası ilə
başlayıb. “13 həftə, 13 avtomobil” adlı kampaniya çərçivəsində
iştirakçılar hər həftə bir avtomobil qazanmaq şansı əldə
edəcəklər.
1 iyun – 30 avqust tarixlərini əhatə edən kampaniya müddətində
istehlakçılar lotereyalı Bizon məhsulu alaraq qapağın altındakı
xüsusi kod vasitəsilə iştirak edə bilərlər. Kampaniya zamanı hər
həftə oynanacaq mükafat müasir dizaynı, rahat idarəetməsi və
gündəlik istifadəyə uyğunluğu ilə seçilən Changan Q05 model
avtomobildir.
Kampaniyada iştirak etmək üçün istehlakçılar:
- Lotereyalı Bizon bankasını əldə etməli;
- Məhsul üzərindəki QR kodu skan etməli və ya promo.bizon.az ünvanına
daxil olmalı; - Qapağın altındakı kodu və mobil nömrəni bu ünvana daxil
etməlidirlər.
Qaliblər hər həftənin bazar ertəsi günü “Bizon Energy” YouTube
kanalında canlı yayım vasitəsilə elan ediləcək. İştirakçılar
prosesi real vaxtda izləyə biləcəklər. Xüsusi olaraq vurğulayaq ki,
qalib müəyyən olunduğu halda məhsulun qapağı mütləq təqdim
edilməlidir.
Bizon markası bu yay da istehlakçılarına yaddaqalan təcrübə
təqdim etməyə davam edir. 13 həftə boyunca davam edəcək kampaniya
yay aylarını daha maraqlı etməyi hədəfləyir.

