
Bakı.Trend:
İsrail parlamentinin – Knessetin deputatları növbədənkənar
özünüburaxma haqqında qanun layihəsini birinci oxunuşda yekdilliklə
qəbul ediblər.
Trend xəbər verir
ki, bu barədə İsrail mediası səsvermənin nəticələrinə istinadən
məlumat yayıb.
Sənədin qəbulunun lehinə Knessetin 106 deputatı səs verib,
əleyhinə isə heç bir səs qeydə alınmayıb. Bundan əvvəl qanun
layihəsi Knessetin müvafiq komitəsi tərəfindən də
təsdiqlənmişdi.
Mayın sonunda Knesset özünüburaxma haqqında qanun layihəsini
ilkin oxunuşda qəbul etmişdi. Qanun qüvvəsinə minməsi üçün sənəd
parlamentin plenar iclaslarında daha üç oxunuşdan keçərək
təsdiqlənməlidir.
İsrail qanunvericiliyinə əsasən, növbəti parlament seçkiləri
ölkədə ən geci 27 oktyabr 2026-cı il tarixinədək
keçirilməlidir.

