
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük
nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə –
marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
“Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından
Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsinə
stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli
cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı
üzəriləri “kahı“ ilə örtülən 191 ədəd bağlamadan xalis təmiz çəkisi
22 kiloqram 565 qram külli miqdarda narkotik vasitə – qurudulmuş
marixuana aşkar edilib.

