Enerji sektorunda qaliblər aşağı karbonlu və etibarlı təchizat təmin edənlər olacaq – “Deloitte”

Baş səhifə

Bakı. Trend:

Mövcud geosiyasi gərginliklər və münaqişələr qlobal enerji
bazarına və enerji axınlarına birbaşa təsir göstərir. Bu şəraitdə
şirkətlər dayanıqlılığını artırmalı, yüksək qeyri-müəyyənlik
fonunda aydın seçimlər etməli və qətiyyətli qərarlar qəbul
etməlidirlər.

Trend xəbər verir ki, bunu “Deloitte” şirkətinin Strategiya və
Əməliyyatlar üzrə tərəfdaşı Alexios Zachariadis Bakı Enerji
Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, neft-qaz sektorunda uğur qazanan şirkətlər
aşağı maya dəyərinə, aşağı karbon intensivliyinə malik yataqlara
üstünlük verən, etibarlı təchizat təmin edən və bazarlara geniş
çıxış imkanlarına sahib olanlar olacaq.

“Qeyri-müəyyən dövrlərdə etibarlılıq mühüm kommersiya
üstünlüyünə çevrilir. Qaz və LNG bazarında isə alıcılar daha çevik
portfellərə, öhdəliklərini etibarlı şəkildə yerinə yetirə bilən,
kifayət qədər saxlama gücü, nəqliyyat çevikliyi və şaxələndirilmiş
təchizat imkanları təqdim edən tərəfdaşlara üstünlük verəcəklər”, –
deyə o qeyd edib.




A.Zachariadis bildirib ki, downstream seqmentində inkişaf yalnız
yeni güclərin yaradılması demək deyil. Burada əsas məsələ emal
aktivlərinin, neft-kimya məhsullarının, aviasiya yanacaqlarının və
xüsusi təyinatlı məhsulların vahid portfel çərçivəsində
inteqrasiyası və əlavə dəyər yaradılmasıdır.

O vurğulayıb ki, bu dəyər təkcə daxili bazarlarda deyil,
regional və qlobal təchizat zəncirlərində də formalaşa bilər. Bu
baxımdan investisiyalar şirkətlərin rəqabət üstünlüyü yarada
biləcəyi sahələrə yönəldilməlidir.

“Dekarbonizasiya da diqqətdən kənarda qalmamalıdır. Enerji və
karbohidrogen sistemlərinin karbonsuzlaşdırılması, yeni
texnologiyaların tətbiqi, karbon tutma və saxlanılması
mərkəzlərinin yaradılması, eləcə də kommersiya baxımından səmərəli
tələbin mövcud olduğu yerlərdə hidrogen klasterlərinin inkişafı
mühüm əhəmiyyət daşıyır”, – deyə o əlavə edib.

A.Zachariadisin fikrincə, gələcəyin qalibləri kommersiya
intizamını qoruyan, geosiyasi risklərə qarşı dayanıqlı olan və
dəyişən şəraitə çevik uyğunlaşa bilən şirkətlər olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir