Sağlam Radio 93 FM iki ilini qeyd edir (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Səhiyyə Nazirliyinin sıx əməkdaşlığı olan Sağlam Radio 93 FM
fəaliyyətə başlamasının iki ilini qeyd edir.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iki il ərzində Sağlam Radio dinləyicilərə
etibarlı tibbi məlumatların çatdırılması, sağlam həyat tərzinin
təşviqi və əhalinin tibbi maarifləndirilməsi istiqamətində mühüm
fəaliyyət göstərib. Radio efirində yüzlərlə həkim, Səhiyyə
Nazirliyinin mütəxəssis- ekspertləri və bu sahəsinin rəsmi
nümayəndələri çıxış edərək vətəndaşları maraqlandıran sualları
cavablandırıblar.




Bu gün Sağlam Radio 93 FM ölkəmizdə səhiyyə sahəsində
ixtisaslaşmış aparıcı media platformalarından biri kimi
fəaliyyətini uğurla davam etdirir.

Sağlam Radio kollektivini və dinləyicilərini ikiillik yubiley
münasibətilə təbrik edir, yeni uğurlar arzulayırıq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir