Keçmiş deputat vəfat etdi

Baş səhifə

Zərdab Peşə Liseyinin sabiq direktoru, keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib.

Modern.az-ın məlumatına görə, o, 76 yaşında dünyasını dəyişib.

Ə.Əliyev 1991-ci ilədək rayon partiya komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri və ideoloji şöbənin müdiri vəzifələrində çalışıb.

O, iki dəfə Zərdab rayonundan deputat seçilib. Sabiq deputat 2016-cı ilədək Zərdab Peşə Liseyinin direktoru vəzifəsində çalışıb.

Töhfə Səməd

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir