bp “Qarabağ” yatağını satellit yataq kimi inkifaş etdirməyi hədəfləyir

Baş səhifə

Bakı. Trend:

bp şirkəti Azərbaycanın “Qarabağ” yatağını satellit yataq kimi
inkişaf etdirməyi hədəfləyir.

Trend xəbər verir
ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində
jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, şirkət yatağın işlənməsi üzrə investisiyaları
davam etdirir.




“Hazırda mühəndislik işləri aparılır, yekun investisiya
qərarının isə gələn ilin ortalarına qədər qəbul edilməsi
gözlənilir. Biz “Qarabağ” yatağını satellit yataq kimi inkişaf
etdirməyə çalışırıq. Bu, Xəzər regionunda mövcud infrastrukturdan
istifadə etməklə yeni yataqların işlənməsinə imkan verəcək və mühüm
mərhələ olacaq”, – deyə C. Kristofoli bildirib.

Qeyd edək ki, “Qarabağ” müqavilə sahəsi Bakıdan 120 km şərqdə,
150–200 metr dəniz dərinliyində, “Azəri-Çıraq-Günəşli” (AÇG) və
“Əşrəfi-Dan Ulduzu-Aypa” müqavilə sahələrinin yaxınlığında
yerləşir.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, yatağın
ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon tondan artıq
neft təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir