
Bakı.Trend:
Qazaxıstanın Jambıl vilayətinə hərbi təyinatlı pilotsuz uçuş
aparatı düşüb.
Trend bu barədə
Qazaxıstan mediasına istinadən xəbər verir.
Ökənin Müdafiə Nazirliyi ölkənin cənubuna hərbi dronun düşməsi
xəbərini təsdiqləyib.
“İyunun 2-də Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava
Müdafiə Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının planlı təlim
uçuşu zamanı onun Jambıl vilayətinin Talas rayonunun ərazisinə
ştatdan-kənar enişi baş verib”, -deyə nazirliyin məlumatında qeyd
olunur.
Bildirilir ki, dronun düşməsi nəticəsində zərərçəkən və dağıntı
qeydə alınmayıb.
İnsidentin texniki nasazlıqla əlaqədar olduğu güman edilir.

