Azərbaycan və ABŞ arasında enerji tərəfdaşlığı müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və ABŞ arasında strateji enerji tərəfdaşlığının
prioritet istiqamətləri müzakirə edilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.




“ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri
üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşdə yeni mərhələyə yüksələn Azərbaycan-ABŞ strateji enerji
tərəfdaşlığının prioritet istiqamətlərini nəzərdən keçirdik.
Regional enerji təhlükəsizliyi, neft-qaz sektorunun, enerji
bağlantılarının inkişafı və Xəzər regionunda yeni əməkdaşlıq
imkanları üzrə müzakirələr apardıq”, – paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir