Ermənistan ordusu itki verdi

Baş səhifə

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu həlak olub.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 2-si saat 00:10 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Aramais Gevorqyanın meyiti aşkarlanıb.

“Hadisənin bütün hallarının tam araşdırılması məqsədilə istintaq aparılır”, – məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir