
Bakı.Trend:
İyunun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış
yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq
küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa
enəcək. Nisbi rütubət 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı,
dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman
olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-28° isti,
dağlarda gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti
olacaq.

