Azərbaycanın etibarlı platforma kimi mövqeyinin gücləndirilməsi istiqamətində ABŞ-la əməkdaşlıq potensialı müzakirə edilib

Baş səhifə

“Bakı Enerji Həftəsi” çərçivəsində ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr ilə görüşümüzdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetlərini, ticarət, enerji, sənaye, süni intellekt, rəqəmsallaşma, kritik minerallar, mədənçilik və digər sahələrdə birgə fəaliyyətin perspektivlərini müzakirə etdik.

APA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”də bildirib.

“Regional bağlantıların gücləndirilməsinin iqtisadi aktivliyin artırılması baxımından əhəmiyyətini, Azərbaycanın Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqi birləşdirən etibarlı platforma kimi mövqeyinin gücləndirilməsi istiqamətində əməkdaşlıq potensialını vurğuladıq”, – nazir qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir