Xaçmazda güclü külək irigövdəli ağacı yola aşırıb

Baş səhifə

Xaçmaz rayonunda güclü külək fəsad törədib.

APA-nın Şimal bürosunun məlumatına görə, rayonun Yergüc kəndi ərazisində güclü küləyin təsiri nəticəsində irigövdəli ağac avtomobil yoluna aşıb. Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Sürücülər müvəqqəti olaraq alternativ yoldan istifadə etməli olublar.

Hazırda ərazidə yaranmış maneənin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir