ABŞ Şərqi Avropada nüvə silahının yerləşdirilməsi ilə bağlı danışıqlar aparır

Baş səhifə

Bakı. Trend:

ABŞ Avropanın daha bir neçə ölkəsində öz nüvə silahını
yerləşdirmək məqsədilə danışıqlar aparır.

Trend xəbər verir
ki, bu barədə “Financial Times” danışıqların gedişi ilə tanış olan
mənbələrinə istinadən məlumat yayıb.

Hazırda belə silahlı təyyarələr altı ölkədə yerləşdirilib.
Rusiya sərhədlərinə daha yaxın yerləşən NATO üzvləri, o cümlədən
Polşa və Baltikyanı ölkələr, öz ərazilərində bombardmançıların
yerləşdirilməsində maraq göstəriblər.




Nüvə silahı daşıya bilən Amerika bombardmançılarının yerləşdiyi
ölkələrin siyahısının genişləndirilməsi ilə bağlı müzakirələr
ABŞ-nin NATO üzrə müttəfiqlərini ənənəvi hərbi dəstəyin
azaldılmasının təhlükəsizlik zəmanətlərini zəiflətməyəcəyinə
inandırmağı hədəfləyir.

Nüvə silahı daşıya bilən ikili təyinatlı Amerika təyyarələri
(Dual Capable Aircraft, DCA) hazırda Belçika, Böyük Britaniya,
Almaniya, İtaliya, Niderland və Türkiyə ərazisində yerləşdirilib.
ABŞ Avropadakı nüvə arsenalı üzərində tam nəzarəti saxlayır və
onların təhlükəsizliyini təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir